Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Gəncədə vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Gəncədə vətəndaşlarla görüşəcək
# 09 aprel 2013 13:44 (UTC +04:00)

Bakı - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 26-da Gəncə şəhərində Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Naftalan rayonları əhatə olunmaqla vətəndaşların bölgə qəbulunu keçirəcək.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, qəbulda dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması istiqamətlərində vətəndaşların müraciətlərinə baxılacaq, vətəndaşların komitənin fəaliyyət sahələrinə dair müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər komitənin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi sədri növbəti aylarda da respublikanın digər bölgələrində vətəndaşların qəbulunu keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR