Cəzaçəkmə müəssisinə və istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisinə və istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 08 dekabr 2014 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4 maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mais Abbas oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş atası Abbas Kərəm oğlu Abbasovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Bu zaman gödəkçəsinin cibindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia 6230” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti axtarış-baxış tədbiri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən həbs edilmiş şəxs Oqtay Qabil oğlu Zəkiyevin yanına qısamüddətli görüşə gəlmiş xalası qızı Şöhlə Saleh qızı Həsənlinin üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman alt paltarının içərisindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR