7-11-ci sinif şagirdləri “İstedadların hazırlığı laboratoriyası” da iştirak edə bilərlər

7-11-ci sinif şagirdləri “İstedadların hazırlığı laboratoriyası” da iştirak edə bilərlər
# 11 aprel 2015 10:48 (UTC +04:00)

Bakı-APA. 2013-cü ilin yanvar ayından etibarın Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi həyata keçirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə Azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etməkdir. Layihə çərçivəsində iştirakçıların seçiminin on-line olimpiadalar vasitəsilə aparılması nəzərdə tutulub.

2013-2014-cü illərdə 2400 nəfərdən artıq şagird “İstedadların hazırlığı laboratoriyası”-da iştirak edib. 2015-ci ilin aprel ayının 1-dən 8-dək isə 700-dək şagird qeydiyyatdan keçib. 12, 19 və 26 aprel 2015-ci il tarixlərdə saat 12.00-dan - 15.00-dək III Respublika olimpiadası çərçivəsində müvafiq olaraq l, II və III on-line mərhələlər keçiriləcək.

“İstedadların hazırlığı laboratoriyası” çərçivəsində III Respublika Olimpiadasında iştirak etmək istəyən 7-11-ci sinif şagirdləri www.istedad.az saytında qeydiyyatdan keçərək on-line mərhələlərdə iştirak edə bilərlər.

Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR