Marneulidə Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan konsert keçirilib - FOTOSESSİYA

Marneulidə Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan konsert keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 sentyabr 2015 22:09 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Sentyabrın 22-də azərbaycanlıların kompakt yaşadığı Marneulidəki Mədəniyyət Evində görkəmli bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan konsert keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Tiflisdəki Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə baş tutub. Tədbiri M.F.Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva açaraq bəstəkarın həyat və yaradıcılığından danışıb. L.Əliyeva sentyabrın 23-24-də Qardabani və Bolnisi Mədəniyyət Evlərində dahi bəstəkarımızın mahnı və operettalarından ibarət konsert proqramının təşkil ediləcəyini bildirib.

Sonra tədbirdə Abşeron rayonu Xırdalan şəhər Musiqi Məktəbinin direktoru İkram Manafov çıxış edərək rəhbərlik etdiyi musiqi kollektivi ilə üçüncü dəfədir ki, Gürcüstana səfər etdiklərini bildirib.

Sonra Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunan konsert proqramında Üzeyir Hacıbəylinin "Qaragöz", "Sənsiz", "Arşın mal alan" operettasından Qızlar xoru səsləndirilib. Konsert proqramında Azərbaycan bəstəkarlarından Ələkbər Tağıyevin, Tofiq Quliyevin, İbrahim Topçubaşovun, Əlibala Məmmədovun mahnıları müğənnilərdən Atlas Mehdiyeva, Hafiz Orucov, Günel Orucova, Qasım Əliyev tərəfindən ifa edilib.

Konsertdə nağaraçılar, kanonçalanlar ansamblları musiqi nömrələri, oğlanlardan ibarət gənc rəqqaslar "İgidlər" və "Şalaxo" rəqsləri nümayiş etdiriblər.

Sonda Xırdalan şəhər Musiqi Məktəbinin direktoru İkram Manafov Abşeron rayonunun 50 illiyinə həsr olunan və nəfis şəkildə nəşr olunan litabı Marneuli rayon icra hakimiyyəti rəhbərliyinə hədiyyə edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Kvemo Kartli bölgə qubernatorluğunun, Marneuli rayon icra hakimiyyətinin rəsmiləri, Marneulinin ətraf kəndindən gələn azərbaycanlılar və gürcülər, məktəb şagirdləri, müəllimlər, jurnalistlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR