Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib
# 26 aprel 2015 19:41 (UTC +04:00)

Bakı-APA. Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə yerli vaxtla saat 20:00-a kimi davam edib.

Seçkiləri 858 beynəlxalq, 30 min yerli müşahidəçi izləyib. Prosesi işıqlandırmaq üçün xarici ölkələrdən 150-dən çox media nümayəndəsi qeydiyyatdan keçib.

Ölkə əhalisinin 9,5 milyon nəfəri səsvermə hüququna malikdir.

Qeyd edək ki, bu seçkilər Qazaxıstanda beşinci olub. Prezidenti vəzifəsi uğrunda üç namizəd – 1989-cu ildən hakimiyyətdə olan hazırkı dövlət başçısı Nursultan Nazarbayev, Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov mübarizə aparıb.

Növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ictimai təşkilatların və ölkə vətəndaşlarının müraciətləri əsasında verilib. Qərar dünyada mürəkkəb iqtisadi vəziyyət və prezident seçkilərinin 2016-cı ilə planlaşdırılmış parlament seçkiləri ilə eyni vaxta təsadüf etməsi ilə əlaqədar verilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti də Qazaxıstanda seçkiləri izləyib.

Bundan əvvəl 2011-ci ilin aprelin 3-də keçirilən prezident seçkiləri də növbədənkənar olub. Həmin il səsvermənin nəticələrinə əsasən Nursultan Nazarbayev 95,55 faiz toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR