Aydın Əliyev: "Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlara yüksək səviyyədə xidmət göstəriləcək" - VİDEO

Aydın Əliyev: "Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlara yüksək səviyyədə xidmət göstəriləcək" - <span style="color: red;">VİDEO
# 08 aprel 2015 08:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçülərinin I Avropa Oyunları zamanı ölkəmizə gələn qonaqlara yüksək səviyyədə xidmət göstərməsi üçün müvafiq tədbirlər görülüb.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

“Birinci Avropa Oyunları zamanı Azərbaycan gömrükçülərinin əsas vəzifəsi ilk növbədə ölkəmizə gələnlərin əl yüklərinin, baqajlarının, eyni zamanda digər yüklərin vaxtında rəsmiləşdirilməsini təşkil etməkdir. Bu istiqamətdə işlərimiz uğurla davam etdirilir”, - deyə komitə sədri bildirib.

A. Əliyev bildirib ki, qarşıdan gələn mötəbər idman yarışına hazırlıq çərçivəsində gömrükçülər üçün xüsusi treninqlər təşkil edilib. “Bilirsiniz ki, gərgin qrafiklə çalışacağıq. Azərbaycana gələn qonaqlara lazımi səviyyədə xidmət göstərmək üçün bütün müvafiq tədbirlər görülüb”, - deyə qurum rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR