Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında iyulun 15-də hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mıtbuat xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə Abşeron yarımadasında 20-23, gündüz 28-33, Bakıda gecə 21-23i, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.