Kürdəmirdə baş verən yol qəzasında sürücü ölüb

Kürdəmirdə baş verən yol qəzasında sürücü ölüb
# 10 iyun 2016 17:09 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun 169-cu kilometrliyində, Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Gədəbəy rayon sakini, 49 yaşlı Şahvələd İbrahimov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yol kənarına aşıb. Ağır xəsarət alan Ş. İbrahimov hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR