İsmayıllıda ev yanıb

İsmayıllıda ev yanıb
# 09 mart 2013 07:54 (UTC +04:00)

İsmayıllı. Zahid Abışov - APA. İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydə alınıb.

Rayon sakini, 1940-cı il təvəllüdlü Allahverdiyeva Mənzurə Məmməd qızına məxsus 1 mərtəbəli 3 otaqlı evdə güclü yanğın baş verib. Yanğın baş verən yer Göyçay və Ağsu rayonlarına daha yaxın olduğundan, əraziyə adı çəkilən rayonların yanğınsöndürənləri cəlb olunub. Ümumi sahəsi 98 kv. m olan evin 40 kv. m sahəsi əşyaları ilə birlikdə tamamilə yanıb. Qalan hissə yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR