Şəkidə Motofestival iştirakçıları qəzaya düşüb

Şəkidə Motofestival iştirakçıları qəzaya düşüb
# 28 avqust 2015 23:25 (UTC +04:00)

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 00:30 radələrində Şəki şəhər ərazisində baş verən yol qəzasından 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırma zamanı məlum olub ki, Şəkidə keçirilən 4-cü Beynəlxalq Motofestival iştirakçısı olan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elçin Fikrət oğlu Babayev idarə etdiyi motosikletin idarəetməsini itirməsi səbəbindən motosikleti yolun kənarındakı maneəyə vurub. Qəza nəticəsində Elçin Babayev və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Elçin Babayev yüngül xəsarət aldığından ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra evə buraxılıb. Qəza nəticəsində ağır kəllə-beyn zədəsi alan Aynurə Muradovaya xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. O, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR