AFFA “Xəzər Lənkəran” klubunu cərimələyib

AFFA “Xəzər Lənkəran” klubunu cərimələyib
# 12 fevral 2013 12:09 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasında bu il keçirilən ilk oyunlar müzakirə obyekti olub.

“Rəvan”la “İnter” 4 futbolçusu sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimələnib. “Xəzər Lənkəran” “İnter”lə ev oyununda azarkeşləri meydançaya kənar əşyalar atdığına görə 2000 manat cərimə ödəyəcək. “Qarabağ” isə “Qəbələ” ilə səfər matçının 30 və 54-cü dəqiqəsində azarkeşləri pirotexniki vasitələr istifadə etdiyinə görə 1000 manat ziyana düşüb.

Ötən turda 2 sarı vərəqə görə meydandan çıxarılan futbolçular - Rasim Ramaldanov (“Simurq”) və Aiql Nəbiyev (“Bakı”) cəzası eyni olub: hərəyə 1 oyun və 2000 manat cərimə. Aqil “Sumqayıt”la ev matçının 54-cü dəqiqəsində kobud oyuna, Rasim “AZAL-la səfər matçının 62-ci dəqiqəsində sonuncu ümid foluna görə qırmızı vərəqə alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR