Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub

 Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 06 iyul 2015 10:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Tahir Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə T. Ağayev 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, T. Ağayev ötən il oktyabrın 19-da soyğunçuluq yolu ilə Nabat Xalıqovanın 100 manatını və məişət əşyasını, bu il yanvarın 7-də isə Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Ələviyyə Qurbanovaya zor tətbiq edərək 50 manat və 100 ABŞ dollarını, habelə mobil telefonunu və sənədini almaqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR