Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 04 avqust 2014 13:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 181.2.5 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramin Muxtar oğlu Atakişiyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu Ramil Oqtay oğlu Daniyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Yeməklə dolu qazanın içərisində düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd “Nokia” markalı mobil telefon aparatları, 2 ədəd elektrik qidalandırıcısının hissələri və 2 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR