Yəməndə “Müsəlman Qardaşları”nın liderlərindən biri qətlə yetirilib

Yəməndə “Müsəlman Qardaşları”nın liderlərindən biri qətlə yetirilib
# 18 noyabr 2014 10:50 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Yəməndə “Müsəlman Qardaşları” Hərəkatının (“İxvanül-Müslimin”) siyasi qanadı olan İslah Partiyasının baş katibinin müavini Sadiq Mənsur qətlə yetirilib.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Sadiq Mənsurun olduğu avtomobil Yəmənin Taiz şəhərində bomba hücumuna məruz qalıb.

Hücuma görə məsuliyyəti hələ heç bir təşkilat üzərinə götürməyib. Rəsmi dairələrdən isə məsələ ilə bağlı əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR