Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev “Polis haqqında” qanuna dəyişikliyi təsdiqləyib
# 04 may 2015 15:35 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 3 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR