Bank Of Baku

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit

© APA | Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit

# 13 oktyabr 2026 11:50 (UTC +04:00)

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevə laoslu tələbələrlə bağlı təklifinə görə təşəkkür edib.

APA xəbər verir ki, o, bunu Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.

“Cənab Prezident qeyd etdi ki, laoslu tələbələrin Azərbaycanda təhsil alması üçün şərait yaradılacaq. Keçmişdə də Azərbaycan Laosa bu sahədə dəstək göstərib, 2000-dən çox laoslu tələbə və mütəxəssis burada təhsil alaraq məzun olub. Bu proses yenidən başlanacaq və inkişaf etdiriləcək. Bu, xalqımızın gələcəyinə böyük bir dəstəkdir”, - Laos Prezidenti vurğulayıb.

Laos Prezidenti Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirəcəyini vurğulayıb.

O əlavə edib ki, aparılan bu müzakirələrdən sonra tərəflər bir çox istiqamətdə əməkdaşlığı davam etdirəcəklər: “Bu səfər çərçivəsində mən Azərbaycan Milli Məclisinin Sədri ilə görüşmək, parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək imkanı əldə edəcəyəm. Eyni zamanda, Baş nazir və digər aidiyyəti nazirlərlə də görüşəcəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR