Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Sentyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Sentyabr - <span style="color: red;">VİDEO
# 24 sentyabr 2015 17:02 (UTC +04:00)

Angela Merkelin bu sürpriz açıqlamasını bir neçə prizmadan analiz etmək olar. Birincisi, Almaniya hazırda Yaxın Şərqdən olan qaçqınların digər Avropa dövlətlərindən fərqli olaraq, ən çox üz tutduğu və mühacirət etmək istədiyi ölkədir. Kanslerin bu fikirlərini hazırda yaşanan qaçqın axınının ölkədə daha ciddi sosial-iqtisadi problemlərə çevriləcəyini sığortalamaq baxımından uğurlu cəhd kimi dəyərləndirmək olar.

İkincisi, Merkelin danışıqlarda hazırda münasibətləri yaxşı olmayan Rusiya və ABŞ, İran və Səudiyyə Ərəbistanın iştirakının vacib olduğunu bildirməsi də çox maraqlıdır. Çünki Yaxın Şərqdə baş verənlərin məhz bu ölkələr arasındakı münasibətlərin gərgin olması ucbatından başladığı heç kəsə sirr deyil. Alman kanslerinin bu çağırışını regionda münaqişənin həllindən başqa, adı çəkilən ölkələrin də münasibətlərində yumşaltma yaratmaq məqsədi daşıdığını proqnozlaşdırmaq da mümkündür. Və ən nəhayət, deyəsən Qərb son illər "ərəb baharı" adı altında Yaxın Şərq və Şimali Afrikada planlaşdırıb həyata keçirdiyi inqilabların Suriyada iflasa uğradığını və bu münaqişədən özünün də kifayət qədər zərər gördüyünü anlayıb...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR