Brent neftinin qiyməti 43 dollardan aşağı olaraq qalır

Brent neftinin qiyməti 43 dollardan aşağı olaraq qalır
# 29 iyul 2016 06:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dünya bazarında neftin ucuzlaşması davam edir.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 40,19 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar azalaraq 42,59 dollar olub.

Ötən gün xəbər verdiyimiz kimi, Brent markalı neftin 1 barelinin qiyməti cari ilin aprelin 20-dən etibarən ilk dəfə 43 dollardan aşağı enib.

Analitiklər neftin ucuzlaşmasını ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqələndirir. ABŞ-ın Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, 16-22 iyul aralığında neft ehtiyatları 519,5 mln. bareldən 521,1 mln. barelədək artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR