Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

  Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 18 sentyabr 2015 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Sənan Baxışov, Əhməd Həsənov və Maarif Mərdanovun apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsi barədə apellyasiya şikayəti ilə yenidən məhkəməyə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR