“Fitch” Azərbaycanın reytinqini təsdiqləyib

“Fitch” Azərbaycanın reytinqini təsdiqləyib
# 29 sentyabr 2014 14:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqini “stabil” səviyyəsində təsdiq edib.

APA-Economics” agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycanın prioritet təmin olunmamış səhmlərinin və milli valyutanın reytinqini “BBB-” səviyyəsində təsdiqlənib. Bundan başqa, ölkənin maksimum reytinqi “BBB-”, qısamüddətli emitentin defolt reytinqi xarici valyutada “F3” səviyyəsində təsdiq edilib.

“Fitch” 2014-cü ildə ölkədə iqtisadi artım templərinin 2013-cü ildəki 5,8%-dən 3,3%-ə qədər zəifləyəcəyini proqnozlaşdırır.

Bununla yanaşı, analitiklər hesab edir ki, 2015-2016-cı illərdə ÜDM artımı 3,5-4% ətrafında dəyişəcək.

“Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin kəskin və davamlı azalması əsas risklərdəndir. Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar məhdud səviyyədə dolayısı təsir edən risklərdəndir. Bununla yanaşı, rus rublunun güclü zəifləməsi fonunda 2014-cü ildə manatın effektiv kursu möhkəmlənib və davamlı olacağı təqdirdə bu iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı səylərə maneçilik törədə bilər”, - deyə hesabatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR