DİN Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - FOTO

DİN Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb - <span style="color: red;">FOTO
# 24 oktyabr 2014 10:23 (UTC +04:00)

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 23-də saat 15 radələrində Qaradağ rayonunun Buta qəsəbəsində Kəngərli rayon sakini Ələddin Allahverdiyevin idarə etdiyi “Ford Cargo” markalı yük avtomobili ilə Füzuli rayon sakini Rafiq Səfərəliyevin idarə etdiyi “Ford Transit” markalı mikroavtobus toqquşub. R.Səfərəliyev idarəetməni itirdiyindən avtomobili Ağdam şəhər sakini Ramil Zeynalovun idarə etdiyi “KİA” markalı avtomobilə vurub.

Nəticədə R.Səfərəliyevin sərnişinlərindən - həmyerlisi Ağgül Ərşədil və Beyləqan rayon sakini Qeys Abdullayev hadisə yerində ölüb. Digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR