“Fitch Ratings”: Azərbaycan bankları problemli kreditlərin öhdəsindən gələ bilir

“Fitch Ratings”: Azərbaycan bankları problemli kreditlərin öhdəsindən gələ bilir
# 28 avqust 2014 07:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Neftin qiymətinin və dövlət xərclərinin yüksək olması fonunda Azərbaycanın özəl banklarının kredit ödəmə qabiliyyəti ilə bağlı göstəriciləri stabildir və iqtisadiyyatın ümumi müsbət göstəriciləri ilə dəstəklənir.

APA-Economics”in məlumatına görə, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, Azərbaycan iqtisadiyyatının struktur baxımından zəifliyi bank sektorunda aktivlərin keyfiyyətinə və gəlirliliyinə mənfi təsir göstərə bilər.

Pərakəndə və uzunmüddətli korporativ kreditləşmə ilə bağlı artan risklər aktivlərin keyfiyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, agentliyin mütəxəssisləri hesab edir ki, Azərbaycan bankları pərakəndə kreditləşmə ilə bağlı yaranan risklərin öhdəsindən gələ bilir.

Ekspertlər hesab edir ki, biznes layihələrinin miqyasının kiçik olması, həmçinin kreditləşmənin yüksək artımının olmaması, özəl səhmdarlar tərəfindən məhdud həcmdə yeni yatırımların edilməsi banklarda kapital çatışmazlığının yaranmasına səbəb olur.

Məhz buna görə, pərakəndə, kiçik və orta biznesin kreditləşməsi üzrə ixtisaslaşan bankların gəlirlilik səviyyəsi nisbətə yüksək olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR