“Air Astana” Bakıda “Stop Over” turist proqramının təqdimatını keçirib - FOTO

“Air Astana” Bakıda “Stop Over” turist proqramının təqdimatını keçirib - <span style="color: red;">FOTO
# 16 mart 2015 10:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Qazaxıstanın milli sərnişindaşıma şirkəti olan “Air Astana” Bakıda “Stop Over” turist proqramının təqdimatını keçirib.

APA-Economics”in məlumatına görə, aviaşirkətin MDB-də satış üzrə direktoru Serik Rıs-Ulı 2013-cü il Almatı-Bakı və Astana-Bakı istiqamətləri üzrə 44 400, 2014-cü ildə isə 46 869 sərnişin daşındığını bildirib.

“Air Astana” ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq və dostluq münasibətləri yaranıb. Bu gün biz sərnişinlərə Banqkok, Pekin, Kuala-Lumpur, Seul, Urumçi və Bişkekə rahat tranzit reyslər, həmçinin xüsusi “Stop Over” proqramımızı təklif edərək, əməkdaşlığımızı möhkəmləndirmək istəyirik”, - deyə S. Rıs-Ulı bildirib.

“Stop Over” proqramı Astana və Almatı şəhərlərindən keçərək səyahət edən beynəlxalq tranzit sərnişinlər üçün nəzərdə tutulub. “Stop Over” paketinə oteldə yerləşdirilmə, səhər yeməyi, hava limanından otelə və oteldən hava limanına çatdırılma, pulsuz sim kart, mövsümündən asılı olaraq müxtəlif ekskursiyalar, həmçinin Astana və Almatının ən yaxşı restoranlarında xüsusi güzəştlər daxildir.

Qeyd edək ki, Almatı-Bakı istiqaməti üzrə uçuşlar 2009-cu ildə mövsümi çarter uçuşları kimi açılmış, qısa müddət sonra isə müntəzəm uçuşlar təşkil edilib. 2012-ci ildə biznes tələbatının artması ilə Astana-Bakı reysi açılıb. Hal-hazırda “Air Astana” Almatı və Astana şəhərlərindən həftədə 3 reys həyata keçirir. Yaz-yay naviqasiyası müddətində isə bu reyslərin sayının həftədə 8 reysə qədər artırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR