İran xarici işlər naziri Misirə səfər edib

İran xarici işlər naziri Misirə səfər edib
# 05 fevral 2013 10:24 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi bu gün Misirə səfər edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin Qahirə şəhərində sabah keçiriləcək toplantısında iştirak etməkdir. Ə.Salehi yığıncağa eyni zamanda Qoşulmama Hərəkatının sədri qismində qatılır.

İran XİN-in rəhbəri səfər çərçivəsində Misir də daxil olmaqla bir sıra ölkələrin rəsmiləri ilə görüşəcək, ikitərəfli, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR