Xristian Corc Sabra Suriya birləşmiş müxalifətinin lideri seçilib

Xristian Corc Sabra Suriya birləşmiş müxalifətinin lideri seçilib
# 10 noyabr 2012 07:13 (UTC +04:00)
APA-nın məlumatına görə, Qətərin paytaxtı Doxada keçirilən toplantı zamanı 41 müxalifət liderindən 28-i xristian Corc Sabranın birləşmiş müxalifətin lideri seçilməsinə səs verib. O, bu postda Suriya kürd icmasının lideri Abdelbaset Sidi əvəzləyəcək. Toplantıda “Müsəlman qardaşlar” radikal təşkilatının Suriya bölməsinin liderlərindən Məhəmməd Faruk Tayfur xristian Corc Sabranın müavini seçilib. Suriya müxalifətinə xristian namizədin lider seçilməsini şərh edən Corc Sabra bildirib ki, bu qərarın qəbulu müxalifət liderlərinin konkret heç bir dinə bağlı olmadığını, əsas məqsədin Bəşər Əsəd rejiminə qarşı vahid strategiyanın olması olduğunu təsdiqləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR