“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvünün apellyasiya şikayəti təmin olunmayıb

“Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvünün apellyasiya şikayəti təmin olunmayıb
# 19 mart 2013 12:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan üzvü Rəşad Həsənovun apellyasiya şikayətinə baxılıb. Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri, vəkil Əshabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, apellyasiya şikayəti R. Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə qərardan verilib. Şikayətdə həmin qərarın ləğv edilməsi və onun azadlığa buraxılması tələb olunub.

Xatırladaq ki, “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənova qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. R. Həsənovun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR