Şirvanda toyda bıçaqlanma hadisəsi baş verib - VİDEO

Şirvanda toyda bıçaqlanma hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 25 avqust 2015 07:40 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 24-də saat 23.30 radələrində toy məclisi zamanı baş verib.

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Alışov Elvin Eldar oğlu həmin qəsəbə sakini, 1987-ci il təvəllüdlü Səmədov Taleh Şayəddin oğlunu döş qəfəsindən bıçaqlayaraq ağır yaralayıb. Yaralı Şirvan şəhər xəstəxanasında əməliyyat olduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Elvin Alışovun tutulması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR