Skolari: "Məsuliyyəti şəxsən özüm daşıyıram" - VİDEO

Skolari: "Məsuliyyəti şəxsən özüm daşıyıram" - <span style="color: red;">VİDEO
# 09 iyul 2014 02:57 (UTC +04:00)

Bakı. Mahir Məmmədli - APA TV. Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari dünya çempionatının yarımfinalındakı məğlubiyyəti şərh edib. APA TV-nin məlumatına görə, o, Braziliya millisinin Almaniya yığmasına 1:7 hesabı ilə məğlub olmasını "fəlakət" adlandırıb. SİTAT: "Almaniya yığması sadəcə fantastika idi. Hər şey əleyhimizə oldu. Künc zərbəsindən qol buraxdıq, panikaya düşdük. Sonra isə toplar bir-birinin ardınca qapımıza gəldi".

Skolari bildirib ki, heyəti və taktikanı müəyyənləşdirən şəxs kimi məğlubiyyətə görə məsuliyyəti şəxsən özü daşıyır: "Bu, fəlakətli nəticədir. Braziliya xalqından məğlubiyyətə görə üzr istəyirəm. Ümid edirəm ki, insanlar bizi bağışlayacaq və üçüncü yer uğrunda oyunda dəstəkləyəcək".

Almaniya millisinin baş məşqçisi Yoahim Löv isə bildirib ki, oyunun bu hesabla nəticələnəcəyini heç kim gözləmirdi: "Müəyyən mənada bəxtimiz gətirdi. Erkən qol vuruq. Hesab 4:0-a çatdıqdan sonra isə rəqib özünü itirdi. Braziliyanın oyununda təşkilatçılıq itdi. Fasilədə artıq məlum idi ki, biz qalib gələcəyik".

Yoahim Lövün fikrincə, Almaniya millisi ciddiyəti itirməməli və qarşıda ən vacib oyunun olduğunu unutmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR