ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
# 26 noyabr 2012 12:29 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bölgəyə səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər. APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, səfər zamanı həmsədrlər oktyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyaları müzakirə ediblər: “Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər”.

Həmsədrlər onların belə mürəkkəb dövrdə bölgəyə, xüsusən noyabrın 21-də Zəngilan və Cəbrayıl rayonlarına səfərlərini asanlaşdırdığı və atəşkəs rejiminin müşahidəsi ilə əlaqədar A. Kasprşik və onun komandasına minnətdarlıq ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR