Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası nəzdində İqtisadi Məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib - FOTO

Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası nəzdində İqtisadi Məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib - <span style="color: red;">FOTO
# 26 dekabr 2012 12:22 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası nəzdində yaradılmış İqtisadi Məsələlər üzrə İşçi Qrupunun IV iclası keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, İşçi Qrupunda təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edən iqtisadi inkişaf naziri, İşçi Qrupunun sədri Şahin Mustafayev Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının əhəmiyyəti və onun nəzdində yaradılmış İqtisadi Məsələlər üzrə İşçi Qrupunun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verərək, Azərbaycanın Avropa təsisatları ilə əməkdaşlığının daha da genişlənməsi, Avropa Birliyi ilə müştərək proqramların həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə danışıb. İşçi Qrupunun İş Planının Azərbaycan ilə Avropa Birliyi arasında 2006-cı ildə imzalanmış Fəaliyyət Planı üzrə 134 iqtisadi xarakterli tədbiri əhatə etdiyini bildirən nazir Ş.Mustafayev İş Planının davamlı iqtisadi inkişafın dəstəklənməsi, iqtisadi qanunvericiliyin və idarəetmə təcrübəsinin təkmilləşdirilməsi, iqtisadi fəaliyyətin diversifikasiyası, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirləri əhatə etdiyini vurğulayıb və bildirib ki, aidiyyəti dövlət qurumları tərəfindən bu tədbirlərin vaxtında və sistemli icrası Azərbaycanın iqtisadi əlaqələrini, xarici ticarət potensialını, Avropa bazarına çıxış imkanlarını artırıb.

İşçi Qrupunun üzvü, İqtisadi İnkişaf Nazirliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Sahil Babayev Qrupun 2012-ci il üzrə İş Planı və «Azərbaycan qanunvericiliyinin Avropa Birliyi qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»nın icrası istiqamətində görülmüş işlər barədə təqdimatlarla çıxış edib.

Daha sonra İşçi Qrupunun digər üzvlərinin İş Planına dair rəy və təklifləri dinlənilib, nəzərdə tutulmuş işlərin gedişinin sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən İqtisadi Məsələlər üzrə İşçi Qrupu Azərbaycan prezidentinin 2005-ci il 1 iyun tarixli sərəncamına əsasən Avropa Birliyi ilə əlaqələrin daha da gücləndirilməsi, səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR