Azərbaycandan 3 zəvvar Həcc ziyarətinə gedə bilməyib

Azərbaycandan 3 zəvvar Həcc ziyarətinə gedə bilməyib
# 16 sentyabr 2015 08:17 (UTC +04:00)

Qafqaz Müsəlmanları idarəsindən APA-ya verilən məlumata görə, bununla da Azərbaycandan Həccə 2400 nəfərlik zəvvar kvotasının uçuşları başa çatıb. Siyahıdan 3 nəfər zəvvar Həccə gedə bilməyib və buna səbəb onları səhhətində qəflətən yaranan narahatlıq olub.

QMİ-dən onu da bildiriblər ki, artıq azərbaycanlı zəvvarların bir hissəsi Mədinədən Məkkəyə gedib.

Qeyd edək ki, Azərbaycandan Həccə ilk zəvvar qrupu sentyabrın 15-də yola düşüb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və sənəd qəbulu zamanı bütün yerlər dolub. Sənəd qəbuluna martın 11-dən start verilib. Bu il ilk dəfə olaraq yerlərin gec dolması səbəbindən sənəd qəbulu son günlərə qədər davam edib (ötən ilə qədər sənəd qəbulu üçün son tarix mayın 31-i müəyyən olunmuşdu).

Bu il ilk dəfə olaraq ödənişlər ABŞ dolları ilə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR