Ermənistanlı boksçu azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib

Ermənistanlı boksçu azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib
# 23 oktyabr 2014 14:28 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin 2 üzvü - Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) 1/4 finalda qələbə qazanmaqla, ən azı yarışın bürünc medallarını özlərinə təmin ediblər.

Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb – 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

Məhəmmədəli Tahirov isə 1/4 finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq işğalçı ölkə idmançısı rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib.

Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR