AMEA-da humanitar və ictimai sahə üzrə orta məktəb dərsliklərinin keyfiyyətini artırmaq üçün xüsusi komissiya yaradılacaq

AMEA-da humanitar və ictimai sahə üzrə orta məktəb dərsliklərinin keyfiyyətini artırmaq üçün xüsusi komissiya yaradılacaq
# 31 yanvar 2013 08:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, yeni Komissiyanın AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin nəzdində yaradılması nəzərdə tutulur. Artıq bununla bağlı məsələ AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin 2013-cü il üçün perspektiv iş planına daxil edilib.

AMEA prezidenti Mahmud Kərimov da APA-ya açıqlamasında belə Komissiyanın yaradılmasının tərəfdarı olduğunu bildirib: “AMEA-da müxtəlif sahələr üzrə Komissiyalar olmalıdır. Düzdü, Akademiya daxilində Problem Şuralar var. Amma Komissiyalar dərslikləri və elmi əsərləri daha yaxşı araşdıra bilər. Müxtəlif sahələr üzrə belə komissiyalar olmalıdır. Tarix elmi üzrə də belə Komissiyanın yaradılması vacibdir. Tarix elmində də müəyyən pərakəndəlik baş verir. Tariximizi bir alim bir cür, o biri alim başqa cür qəbul edir. Amma bir komissiya olsa və onun rəyi olmadan bu kitablar nəşr olunmasa, bu, yalnız elmin xeyrinə olar. Tarix, dilçilik, ədəbiyyat, arxeologiya, iqtisadiyyat üzrə belə komissiyaların fəaliyyəti çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR