İki piyada yol qəzasının qurbanı olub

İki piyada yol qəzasının qurbanı olub
# 28 noyabr 2012 09:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 27-də Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Sabirabad rayon sakini Arif Gözəlov "Mercedes" markalı avtomaşını idarə edərkən Sumqayıt şəhər sakini Məhəmməd Cəbrayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Digər qəza isə Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Əziz Həsənov yolu keçərkən naməlum avtomobillə vurulub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR