Şabranda yanğın olub

Şabranda yanğın olub
# 05 sentyabr 2015 13:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Şabran rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 9 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR