Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət

Bakıda baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət
# 01 dekabr 2014 08:36 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda ağır yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 1-də saat 02:10 radələrində, Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Böyükağa Zeynalovun idarə etdiyi "VAZ 2106" markalı və 1991-ci il təvəllüdlü Şəhriyar Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə, B.Zeynalovun sərnişini, 1993-cü il təvəllüdlü Orxan Təhməzov hadisə yerində dünyasını dəyişib. Sürücü B.Zeynalov və digər sərnişini - 1993-cü il təvəllüdlü Rayət Ramazanov, “Hyundai” markalı avtomobilin sürücüsü Ş.Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR