Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb - VİDEO

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 11 noyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı gözlənilir. Mülayim-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR