Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlər köçürüləcək

Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlər köçürüləcək
# 13 mart 2013 14:03 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Növbəti tədris ilinin başlanana kimi Gəncədə ilkin olaraq iki yataqxanada məskunlaşan məcburi köçkünlər köçürüləcək. APA-nın qərb bürosunun verdiyi məlumata görə bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev 16 saylı orta məktəbin təmirdən sonra açılış mərasimində bildirib. Onun sözlərinə görə, Gəncənin şərq istiqamətində məcburi köçkünlərin yaşaması üçün 25 hündür mərtəbəli bina tikilir: “Bir neçə aya binalardan bir neçəsi istifadəyə veriləcək. İlkin mərhələdə biz 2 yataqxanada olan məcburi köçkün ailələrini yeni evlərə köçürəcəyik”.

E. Vəliyev deyib ki, qalan binaların tikintisi başa çatandan sonra digər məcburi köçkünlər də köçürüləcək.

Məlumata görə, Gəncədə 15 minə yaxın məcburi köçkün ailəsi 60-a yaxın yataqxanada məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR