Dünya fond bazarında əksər səhmlər bahalaşıb

Dünya fond bazarında əksər səhmlər bahalaşıb
# 22 dekabr 2014 06:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,15% - 17 804,80 bəndədək, S&P 500 0,46% - 2 070,65 bəndədək, NASDAQ 0,36% - 4 765,38 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,23% - 6 545,27 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,18% - 4 241,65 bəndədək, Almaniya DAX-ı isə 0,25% -9 786,96 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,17% - 17 590,98 bəndədək azalıb, Hang Seng 1,17% - 23 387,28 bəndədək, Shanghai 0,07 - 3 385,57 bəndədək artıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 2,10 dollar artaraq 1 198,10, gümüş isə 0,04 dollar bahalaşaraq 16,07 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR