Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət naziri Azərbaycan səfiri ilə görüşüb
# 27 noyabr 2012 22:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 28-də Gürcüstanın reinteqrasiya məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirlikdən bildirilib. Məlumata görə, dövət naziri Zakareişvili Azərbaycan səfirini əmin edib ki, onun rəhbərlik etdiyi nazirliyə aid bütün məsələlərdə səfirliklə əməkdaşlığa hazırdır. Azərbaycan səfiri Azər Hüseyn Zakareişvilini dövlət naziri vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edib və o da əməkdaşlığa hazır olduğunu bildirib.


Zakareişvili öz növbəsində Azərbaycanın Gürcüstanın bir strateji tərəfdaşı kimi əhəmiyyətini qeyd edərək, müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduğunu bildirib.

Görüşdə dövlət nazirinin müavini Ketevan Tsixelaşvili də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR