İranda Suriya iqtidarı ilə müxalifəti arasında yenidən dialoq keçiriləcək

İranda Suriya iqtidarı ilə müxalifəti arasında yenidən dialoq keçiriləcək
# 29 noyabr 2012 08:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Suriya böhranın həlli üçün İranda bu ölkənin iqtidarı ilə müxalifəti arasında yenidən dialoq keçiriləcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

O bildirib ki, Suriyada milli uzlaşmaya nail olmaq məqsədilə yaxın günlərdə təkrar görüş təşkil ediləcək: “Bu toplantının 2 həftə ərzində həyata keçiriləcəyinə ümid edirik. Bunun üçün gərəkli işlər görülür. Görüşün yeri və tarixi ilə bağlı dəqiq məlumat yaxın zamanda açıqlanacaq”.

Qeyd edək ki, Tehranda Suriya iqtidarı və müxalifəti arasında daha öncə keçirilən görüşdə hər iki cəbhəni təmsil edən 40-dan çox partiyanın nümayəndəsi iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR