Cənubi Afrika Respublikasının dövlət rəsmiləri Bakı Ali Neft Məktəbində olublar - FOTO

Cənubi Afrika Respublikasının dövlət rəsmiləri Bakı Ali Neft Məktəbində olublar   - <span style="color: red;">FOTO
# 15 noyabr 2012 08:50 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Cənubi Afrika Respublikasının (CAR) milli neft şirkəti “PetroSa”nın icraçı direktoru Nosizve Nokve, CAR-ın Enerji Nazirliyinin direktor müavini Tsetiso Maqubela, CAR-ın Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə Beynəlxalq Əməkdaşlıq İdarəsinin direktoru Novetu Luti, CAR-ınTürkiyəyə, həmçinin Azərbaycana akreditə olunmuş səfirinin müşaviri Soraya Cakobs və Azərbaycanın CAR-dakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Bakı Ali Neft Məktəbində olublar. Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil müəssisəsinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolu, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib. O qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən ingilis dilli mühəndis kadrları hazırlamaqdır.

Qonaqlar Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və CAR-ın tanınımış Pritoria Universiteti və digər texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün lazım olan dəstəyi verməyə hazır olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR