Tomskda 24 yaşlı azərbaycanlı tələbə həbs olunub

Tomskda 24 yaşlı azərbaycanlı tələbə həbs olunub
# 15 noyabr 2012 08:53 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Rusiyanın Tomsk şəhərində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin ali məktəblərin birində oxuyan 24 yaşlı azərbaycanlı tələbə həbs olunub. APA-nın “vesti70” saytına istinadən verdiyi məlumata görə, tələbənin üzərinə keçirilən baxış zamanı birində 150 qram heroin, digərində isə 300 qram xaşxaş olan iki bükülü aşkarlanıb. Saxlanan azərbaycanlı istintaq təcridxanasında saxlanılır, o istintaqa ifadə verməkdən imtina edib. Faktla bağlı “Külli miqdarda narkotik vasitələrin qanunsuz saxlanılması” maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR