Bəhreyn Tehrandakı səfirini geri çağırıb, İranın ölkədəki müvəqqəti işlər vəkilini “persona non qrata” elan edib

Bəhreyn Tehrandakı səfirini geri çağırıb, İranın ölkədəki müvəqqəti işlər vəkilini “persona non qrata” elan edib
# 02 oktyabr 2015 05:41 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İranın Bəhreyndəki müvəqqəti işlər vəkili Məhəmməd Rza Babaini “persona non qrata” elan edilib. Ölkəni tərk etməsinə ona 72 saat vaxt verilib.

XİN bu qərarı İranın Bəhreynin daxili işlərinə davam edən müdaxiləsinə cavab olaraq verdiyini bildirib.

Qeyd edək ki, ötən gün Bəhreyn polisi ölkə ərazisində partlayıcı qurğuların istehsalı həyata keçirilən anbar aşkarlayıblar. Bir neçə şəxs həbs edilib. Saxlanılan şəxslərin İranın İslam İnqilabı Keşikçiləri korpusu və “Hizbullah” hərəkatı ilə sıx əlaqələri olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR