Həmyerlimiz Ukrayna Gənclər Forumunun rəhbərliyində təmsil olunacaq

Həmyerlimiz Ukrayna Gənclər Forumunun rəhbərliyində təmsil olunacaq
# 30 sentyabr 2014 14:31 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) nümayəndələri Ukrayna Gənclər Forumunun I Qurultayı və təşkilata rəhbər seçkisində iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, Forumun I Qurultayında UAGB-nin sədri İlhamə Allahverdiyeva çıxış edərək ukraynalı gənclərin vahid hərəkatını yaratmaq üçün Ukrayna gənclər təşkilatlarının birliyinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə açıq səsvermə yolu ilə Stanislav Kutsenko Ukrayna Gənclər Forumunun rəhbəri seçilib. Daha sonra qurumun İdarə Heyətinin 25 təşkilatdan ibarət yeni tərkibi müəyyənləşib. UAGB 36 təşkilat arasından 8-ci yeri tutaraq təşkilatın İdarə Heyətinin tərkibinə daxil olub. Ukrayna Gənclər Forumunun rəhbərliyində UAGB-ni təşkilatın İdarə Heyətinin üzvü Aysel Nağıyeva təmsil edəcək.

Qeyd edək ki, 2006-cı ildə təsis olunmuş Ukrayna Gənclər Forumunun əsas məqsədi Ukrayna gənclərinin maraqlarını hökumətdə və beynəlxalq səviyyədə təmsil etmək üçün yerli gənclər təşkilatlarını birləşdirməkdir. Hazırda Forumun tərkibində UAGB də daxil olmaqla, 66 gənclər təşkilatı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR