Almaniyanın Yena şəhərində Bakı 2015 Avropa Oyunları ilə bağlı aksiya keçirilib

Almaniyanın Yena şəhərində Bakı 2015 Avropa Oyunları ilə bağlı aksiya keçirilib
# 04 iyun 2015 09:24 (UTC +04:00)

Bakı – APA. Almaniyanın Yena şəhərində “Azərbaycan - Odlar Yurdu” adlı tanıtım aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkil etdiyi tədbirdə 100-dən artıq yerli və xarici tələbə, eləcə də şəhər sakinləri iştirak edib.

Assosiasiyanın fəalları tərəfindən hazırlanmış təqdimatda ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti, Azərbaycanın qədim və zəngin musiqi irsi haqqında geniş məlumat verilib.

Təqdimatda iyunun 12-də Bakıda start götürəcək Birinci Avropa Oyunlarına geniş yer ayrılıb. Tədbirdə Azərbaycanda Avropa Oyunlarına dair aparılan hazırlıq işlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə azərbaycanlı, alman və digər ölkələrdən olan bir qrup gənc tədbirə üzərində Bakı 2015 I Avropa Oyunlarının loqosu əks olunmuş köynəklərdə qatılıb. Sonda tədbirə qatılanlar ölkəmizə həsr olunmuş stendlə tanış olublar və Azərbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR