Azərbaycan prezidenti türkmənistanlı həmkarını təbrik edib

Azərbaycan prezidenti türkmənistanlı həmkarını təbrik edib
# 26 oktyabr 2015 15:34 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç, Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələri, ikitərəfli əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR