Eşton Karter: “Türkiyə İŞİD ilə mübarizədə daha çox səy göstərməlidir”

Eşton Karter: “Türkiyə İŞİD ilə mübarizədə daha çox səy göstərməlidir”
# 20 avqust 2015 20:53 (UTC +04:00)

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bəyan edib.

“Biz istəyirik ki, Türkiyə bu sahədə daha fəal olsun”, deyə Karter bildirib.

Onun sözlərinə görə, söhbət ilk növbədə İraq və Suriya sərhədində nəzarətin bərpasından gedir: “Terrorçular bu sərhədlər vasitəsilə öz mövqelərini möhkəmləndirirlər”.

E. Karter qeyd edib ki, hazırda Türkiyə hökuməti ABŞ-ın rəhbərliyi altında aparılan hərbi-hava əməliyyatlarında iştirakı məsələsini müzakirə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR