Bakı Şəhər Baş Polis İdarəsində İctimai Palatanın dekabrın 10-na planlaşdırdığı piketin təşkilatçıları ilə görüş keçirilib

Bakı Şəhər Baş Polis İdarəsində İctimai Palatanın dekabrın 10-na planlaşdırdığı piketin təşkilatçıları ilə görüş keçirilib
# 08 dekabr 2012 15:24 (UTC +04:00)

İP katibi, Piketin keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, piket təşkilatçıları ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov, Bakı şəhəri prokurorunun müavini Fazil Həsənəliyev görüşüb. İP üzvlərinin diqqətinə çatdırılıb ki, paytaxt rəhbərliyi piketin keçirilməsinə razılıq vermədiyindən, aksiyanın keçirilməsinə cəhdin qarşısı qanunauyğun şəkildə alınacaq. Bu zaman baş verə biləcək hər hansı neqativ hallara görə isə aksiya təşkilatçıları məsuliyyət daşıyacaq.

Piketin keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvləri isə aksiyanı keçirməkdə israrlı olduqlarını, Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunun hüquqi əsası olmadığını vurğulayıblar.

Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da saat 14.00-dan 15.00-dək Milli Məclisin binası qarşısında piketin keçirmək barədə qərar qəbul edib. Bu addım İctimai Palata tərəfindən də dəstəklənib. Bakı Şəhər İcra Hakimiyyəti isə bu ərazidə piketin keçirilməsini məqsədəuyğun saymayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR