Silahlı şəxslər Abxaziyada banka hücum edərək azı 15 mln rubl oğurlayıblar

Silahlı şəxslər Abxaziyada banka hücum edərək azı 15 mln rubl oğurlayıblar
# 25 avqust 2015 22:18 (UTC +04:00)

Bakı-APA. Avqustun 25-də 4 silahlı üzü maskalı şəxs separatçı Abxaziyada Əmanət bankına hücum edərək azı 15 mln rubl oğurlayıblar.

“Dörd silahlı üzü maskalı şəxs separatçı Abxaziyada soyğunçuluq məqsədilə Əmanət bankının Qaqra filialına hücum etdikdən sonra avtomobillə hadisə yerini tərk ediblər. Avtomobil bir müddət sonra atılmış və yanmış aşkarlanıb”, deyə “RİA Novosti”yə mənbə bildirib.

İlkin məlumata görə, cinayətkarlar 14380287 rubl, 10015 avro və 4653 dollar aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR